
Bakı. Trend:
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13)
iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına
səfərə gəlib.
Trend xəbər verir ki,
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın
mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər
qarşılayıblar.

