Bakıda WUF13-ün ilk günü başa çatıb (FOTOREPORTAJ)

Baş səhifə

Bakı. Trend:

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
ilk günü başa çatıb.

Trend xəbər verir ki,
forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib və
bu da WUF tarixində ən yüksək göstəricilərdən biri kimi
dəyərləndirilir.
Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilir.

Forumun ilk günündə WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə
həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası kimi
önəmli tədbirlər təşkil olunub.

Həmçinin, Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rəsmi
bayraq qaldırma mərasimi də keçirilib. Belə ki, Birləşmiş Millətlər
Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı
qaldırılıb.




Bundan başqa, “Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti
təşkilatlarının assambleyası” “Qadınlar assambleyası: Gender
baxımından transformativ strategiyaların birgə yaradılması”,
“Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə
baxmayaraq nəticələrə nail olmaq” mövzusunda Biznes Assambleyası
sessiyası, “Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik”
mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası,
Şəhər Rifahı üçün Mənzil və Hamı üçün İmkanlar adlı və “Sosial
inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil”
mövzusunda sessiyalar təşkil edilib.

Açıqlama verən əcnəbi iştirakçılar Bakıda keçirilən WUF13-ün
davamlı inkişaf, iqlim dəyişikliklərinin urban mühitə təsiri,
müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, əlçatan yaşayış və
ekoloji yanaşmalar cəhətdən dünya üçün bir nümunə ola biləcəyinə
inandıqlarını açıqlayıblar.

Bakı Olimpiya Stadionunda addımbaşı düzülən könüllülər isə həm
media, həm iştirakçılara operativ kömək göstəriblər.

Ümumdünya Şəhərsalma Forumunun ilk günündən fotoları təqdim
edirik:

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir