
Bakı.Trend:
Bu gün WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi (NUA) üzrə
Nazirlər Görüşündə dayanıqlı şəhər məsələsi, mənzillər, torpaqlara
əsasən xidmətlər və digər məsələlərə toxunuldu.
Trend xəbər verir ki, bu fikirləri Un-habitatın Qlobal Həllər
Şöbəsinin direktoru Rafels Tuts WUF13 çərçivəsində “Yeni Şəhər
Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü – Bağlanış Sessiyası”nda
deyib.
Un-habitat rəsmisinin sözlərinə görə, növbəti 10 il icra dövrü
olmalıdır.
“Bunun üçün maliyyə, yerli qaynaqlar və daha çox məlumata
ehtiyac var. Nazirlərin bu günkü iclası Bakıdan Nyu-Yorka gedən
yolun bir parçasıdır. Bugünkü müzakirələr yüksək səviyyəli görüşün
hazırlanmasına xidmət edəcək. Çiyinlərimizə yeni məsuliyyətlər
qoyulur. Bakı iclaslarını gəlin Nyu-Yorkda davam etdirək”, – deyə
R. Tuts əlavə edib.

