WUF13 forumun özü ilə məhdudlaşmayan mühüm irs formalaşdıracaq – Anar Quliyev

Baş səhifə

Bakı.Trend:

Bakının transformasiyası və Qarabağla Şərqi Zəngəzurun yenidən
qurulması ilə bağlı öz təcrübəmiz bizə göstərdi ki, şəhərsalma və
mənzil siyasəti yalnız texniki məsuliyyət deyil, həm də
dayanıqlılıq, sabitlik və uzunmüddətli inkişaf üçün strateji
alətlərdir.

Trend xəbər verir ki,
bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyev
Bakıda keçirilən WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA)
üzrə Nazirlər Görüşü – Bağlanış Sessiyası”nda deyib.

Milli koordinatorun sözlərinə görə, bunlar bizim milli
təcrübəmizdən əldə etdiyimiz dərslərdir: “WUF13 forumun özü ilə
məhdudlaşmayan mühüm irs formalaşdıracaq. Çoxsaylı təşəbbüs və
siyasət nəticələri ilə yanaşı, Ümumdünya Şəhərsalma Forumunun
səmərəli təşkili baxımından əməliyyat mükəmməlliyi də əsas
istiqamətlərdən biridir”.




A.Quliyevin qeyd edib ki, Bakıda WUF13-ün keçirilməsi üçün
uğurlu hazırlıqları nəzərə alaraq, biz bu təcrübənin gələcək ev
sahibi ölkələr üçün qorunub saxlanılmasının və paylaşılmasının
vacibliyini görürük.

“WUF13 Azərbaycan Akkreditasiya Şirkəti tərəfindən hazırlanmış
Bakı standartları əsasında biz UN-Habitat ilə əməkdaşlıq edərək
gələcək Ümumdünya Şəhərsalma Forumlarının təşkili üzrə
məlumatlandırıcı əməliyyat bələdçisi hazırlamağı planlaşdırırıq.
Dünən biz UN-Habitat ilə niyyət məktubu imzaladıq. Bu sənəd
tərəfdaşlığımızın səviyyəsini daha da yüksəldir və yalnız WUF13-ün
uğuruna deyil, gələcək Ümumdünya Şəhərsalma Forumlarının
uzunmüddətli inkişafına dəstək üzrə ortaq öhdəliyi əks
etdirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir