“S&P” ABB ilə razılaşma bağlandıqdan sonra “Davr-Bank”ın reytinqinin yüksəldiləcəyini gözləyir

Baş səhifə

Bakı. Trend:

“S&P Global” reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı
(ABB) ilə razılaşmanın yekun mərhələyə çatmasından sonra
Özbəkistanın “Davr-Bank” bankının reytinqinin yüksələcəyini
gözləyir.

Bu barədə Trend
reytinq agentliyinə istinadən məlumat verib.

“8 may 2026-cı il tarixində Azərbaycan Beynəlxalq Bankı “Davr-Bank”ın səhm kapitalının 51%-ni əldə etmək niyyətini
açıqlayıb. Razılaşmanın əldə olunması başa çatdıqdan sonra “Davr-Bank”ın reytinqlərinin ABB Qrupunun dəstəyindən
faydalanacağını gözləyirik.




Bununla əlaqədar olaraq, “Davr-Bank”ın emitentin uzunmüddətli
kredit reytinqi “B” səviyyəsində müsbət proqnozla “CreditWatch”
siyahısına daxil edilib. Eyni zamanda bankın qısamüddətli reytinqi
“B” səviyyəsində təsdiqlənib. Razılaşma bağlandıqdan sonra “CreditWatch”dan reytinqi silməyi gözləyirik və bu, 2026-cı ilin
ikinci yarısında tələb olunan tənzimləyici təsdiqlərin alınmasından
asılıdır”, – deyə “S&P Global” bildirib.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir