Nəsillər arasında dialoq gücləndirilməlidir – Conatan Riki (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Mövcud qlobal mənzil təminatı böhranından ən çox uşaqlar və
gənclər zərər görür.

Bunu Trend
açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində
BMT-Habitatın Gənclər Məsləhət Şurasının üzvü və “Davamlı Afrika
üçün Gənc Afrikalılar” təşkilatının icraçı direktoru Conatan Riki
bildirib.

O, əvvəlcə bu möhtəşəm platformanı yaratdığı üçün UN-Habitat-a,
Məskunlaşma Proqramına və Azərbaycan hökumətinə minnətdarlığımı
bildiririb:




“Uşaq və gənclərə danışıq platformalarının təqdim olunmasına
xüsusi əhəmiyyət verilməlidir. Gənclər istəyirlər ki, müzakirələr
praktik addımlarla nəticələnsin. Əsas qərarların verilməsində
onların iştirak etməməsi ciddi problemlər yaradır.

Biz gənclərin nazirlərlə və qərarvericilərlə fikir mübadiləsi
aparmasını, onlarla davamlı dialoq qurulmasını istəyirik. Gələcək
uşaqlara və gənclərə məxsusdur və liderlər bu məsələlərə xüsusi
diqqət yetirməlidirlər.

Uşaqyönümlü və gəncyönümlü planların həyata keçirilməsi
vacibdir. Mövcud baryerlər aradan qaldırılmalıdır. Bakı Hərəkət
Çağırışına əsaslanan tövsiyələrimizdən biri də odur ki, şəhərsalma
planlamasında gənclərin və uşaqların fikirləri, qərarları adekvat
şəkildə nəzərə alınsın. Eyni zamanda, gənclər tərəfindən təşəbbüs
göstərilən və rəhbərlik olunan siyasətlərin daha da
gücləndirilməsinin tərəfdarıyıq”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir