
Bakı.Trend:
Rusiyanın paytaxtı Moskvada güclü leysan bəzi küçələri sualtında
qoyub. Moskvalılar sosial şəbəkələrdə əlverişsiz hava şəraitinin
nəticələrini əks etdirən videolar paylaşıblar. Kadrlarda ildırım
çaxmaları və yollarda yaranmış iri gölməçələr görünür.
Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir
Paytaxtın şəhər təsərrüfatı kompleksi gün ərzində yağış, şimşək,
dolu və güclü küləklə bağlı xəbərdarlıq etmişdi. Qurum sakinlərə
ağacların altında sığınmamağı və avtomobilləri onların yaxınlığında
park etməməyi tövsiyə edib. Paytaxtın FHN idarəsi sürücülərə
hərəkət sürətini azaltmağı, öndə gedən nəqliyyat vasitələri ilə
məsafəni artırmağı və qəfil manevrlərdən yayınmağı, piyadalara isə
reklam lövhələri və dayanıqsız konstruksiyalardan uzaq durmağı
məsləhət görüb.

