“Smart city” QHT-ləri və onların tərəfdaşları Azərbaycanın təcrübəsini öz ölkələrində tətbiq edəcəklər – Qlobal Cənub QHT Platformasının Baş katibi

Baş səhifə

Bakı. Trend:

WUF13 müxtəlif ölkələrdən və fərqli şəhərlərdən olan
nümayəndələrin iştirakı ilə su qıtlığı və su ehtiyatlarının düzgün
idarə olunmaması məsələlərinə həsr olunub.

Trend xəbər
verir ki, Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli
WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, tədbirdə müxtəlif ölkələrdən – Pakistan,
Livan, Nigeriya və Omanı təmsil edən panelistlər iştirak
ediblər:

“Panel müzakirələri zamanı gələcəyin dayanıqlı şəhərlərinin
formalaşdırılması üçün su ehtiyatlarının necə idarə edilməli olduğu
barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda, su ehtiyatlarının
düzgün idarə edilməməsinin xüsusilə qadınlara və gənclərə təsiri
məsələsinə toxunuldu”.




F. Kərimli vurğulayıb ki, çıxışçılar həmçinin gələcəyin
şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu qeyd
ediblər:

“Panel iştirakçılarının Qarabağa səfəri də baş tutub. Onlar
Ağalı kəndində — “ağıllı kənd” layihəsi ilə tanış olublar və orada
gələcəyin şəhərlərinin necə qurulmalı olduğu ilə bağlı müsbət
fikirlər səsləndiriblər.

Çıxışçılar bu cür layihələrin həyata keçirilməsinə görə
Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Tədbirdə vurğulanıb ki, xüsusilə “smart city” istiqamətində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların
tərəfdaşları Azərbaycanın bu təcrübəsini öz ölkələrində tətbiq
etməyə çalışacaqlar”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir