WUF13olduqca faydalı, effektiv təcrübədir – Kamerun rəsmisi (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Bakıda yaradılmış infrastruktur, təşkilati səviyyə və qurulan
sistemlər həqiqətən möhtəşəmdir.

Bunu Kamerunun Sosial İnkişaf üzrə QHT Koalisiyasının sədri
Melvin Vajiri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası
(WUF13) çərçivəsində Trend-ə açıqlamasında deyib.




O qeyd edib ki, həm də Afrikanın 47 ölkəsində fəaliyyət göstərən
“People Empowering People” adlı qeyri-kommersiya təşkilatının
direktorudur və Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təəssüratları
olduqca müsbətdir.

“Bakıda yaradılmış infrastruktur, təşkilati səviyyə və qurulan
sistemlər həqiqətən möhtəşəmdir. Bakı çox gözəl şəhərdir. İnsanlar
olduqca mehriban və qonaqpərvərdirlər. Həmçinin hökumətin həyata
keçirdiyi layihələr, memarlıq həlləri və yaradılan innovativ
yanaşmalar diqqətimi cəlb etdi. Bundan əlavə, digər ölkələrdən
gələn iştirakçıların təqdim etdiyi innovasiyalar və təşəbbüslər də
çox maraqlıdır. Ümumilikdə, WUF13 olduqca faydalı, effektv
təcrübədir”, – deyə Melvin Vajiri qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir