Bərdədə canavarlar xırdabuynuzlu heyvanları parçalayıblar

Baş səhifə

Bakı. Trend:

Bərdədə canavar hücumu nəticəsində fermerə məxsus çoxsaylı
xırdabuynuzlu heyvan tələf olub.

Trend-in yerli
müxbirinin verdiyi məlumata görə, hadisə rayonun İmamqulubəyli
kəndində qeydə alınıb. Kənd sakini Murad Mustafayevə məxsus fərdi
təsərrüfata gecə saatlarında canavarlar hücum edib.




Hücum nəticəsində təsərrüfatdakı təxminən 50-yə yaxın
xırdabuynuzlu heyvanın tələf olduğu bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir