Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb

Baş səhifə

Ümumdünya Şəhərsalma Forumu bizim üçün şəhərsalma sahəsində ən böyük beynəlxalq tədbirdir.

Bu sözləri APA-ya açıqlamasında Türkiyə Respublikası Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin şöbə müdiri Pınar Zoral deyib.

O həm UN-Habitata, həm də bu il tədbiri təşkil edən Azərbaycana təşəkkür edib:

“Çox gözəl təşkilatçılıq olub, ciddi hazırlıqlar görülüb və tədbir məkanı da yüksək səviyyədədir. Türkiyə olaraq böyük bir nümayəndə heyəti ilə qatılmışıq. Azərbaycanın ev sahibliyi etdiyi bu forum bizim ən geniş tərkibli WUF iştiraklarımızdan biridir. Təxminən 35 nəfərə yaxın nümayəndə heyəti müxtəlif mərhələlərdə forumda iştirak edir. Heyət üzvləri növbəli şəkildə tədbirlərə qatılır və sessiyalarda fəal iştirak edirlər”.

Şöbə müdiri eyni zamanda noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək COP31-ə hər kəsi dəvət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir