DYP Qusarda reyd keçirdi

Baş səhifə

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava aylığı” ilə
əlaqədar maarifləndirici və profilaktik tədbirlər keçirilib.

Trend xəbər verir
ki, tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə nəzarət
olunub, atmosferə zərərli tullantıların yayılmasına səbəb olan
nasazlıqlarla bağlı sürücülərə xəbərdarlıqlar edilib.




Yol polisi əməkdaşları sürücülərlə söhbətlər apararaq nəqliyyat
vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, mühərrik və
qaz sistemlərinin saz saxlanılmasının ətraf mühitin qorunması və
insanların sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Keçirilən tədbirlərin əsas məqsədinin ekoloji təhlükəsizliyin
təmin olunması, havanın çirklənməsinin qarşısının alınması, eləcə
də sürücülər arasında məsuliyyətli davranış vərdişlərinin
formalaşdırılması olduğu bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir