
Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış
mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın qədim
məkanları barədə danışıb.
Trend xəbər
verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:
“Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki
paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir
çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də
dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın
istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı
əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər
işləyir”.

