
Bakı. Trend:
Biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə,
musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə
öz əksini tapmaqdadır.
Trend xəbər
verir ki, bu fikirləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı səsləndirib.
Bizim vəzifəmizin bunları növbəti nəsillər üçün qorumaq olduğunu
vurğulayan dövlətimizin başçısı əminliyini bildirib ki, növbəti
nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər.

