Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda aparılan
müasir şəhərsalma prosesindən nümunələr səsləndirib.

Trend xəbər
verir ki, dövlətimizin başçısı bununla əlaqədar deyib:

“Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub.
Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət
yetirilməyib, hava və digər yerlər çirklənib. Bakının bir yerində
“Qara şəhər”, Bibiheybət, Böyükşor. Bəlkə də bir çoxları üçün bu
adlar heç nə demir, amma sizin vaxtınız olsa, həmin yerləri ziyarət
etsəniz və baxsanız ki, 20 il əvvəl onlar necə görünürdü və
görülmüş işlərdən sonra onlar hansı simanı alıblar. Təbii, bu da
göstərir ki, Bakıda yerli səviyyədə bu işlər aparılır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir