
Bakı. Trend:
Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda həyata
keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrinə də toxunub.
Trend xəbər
verir ki, çirkləndiyi üçün əvvəllər ərazinin “Qara şəhər”
adlandırıldığını söyləyən dövlətimizin başçısı deyib:
“İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağ şəhəri
yaratmışıq”.
Prezident İlham Əliyev bizim şəhərsalmanın inkişafının digər
təzahürü kimi isə “Sea Breeze”i qeyd edib və qonaqlara sahilyanı
zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə edib.

