Pentaqon İrandakı hədəflərin siyahısını hazırlayıb

Baş səhifə

Bakı. Trend:

Pentaqon ABŞ Prezidenti Donald Trampın İran İslam Respublikasına
qarşı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə
mümkün zərbələr üçün hədəflərin siyahısını hazırlayıb.

Trend xəbər verir
ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, mayın 17-də Tramp Virciniya
ştatındakı qolf klubunda milli təhlükəsizlik komandasının əsas
nümayəndələri ilə müşavirə keçirib. Görüşdə vitse-prezident Cey Di
Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin
direktoru Con Retklif və xüsusi nümayəndə Stiv Uitkoff iştirak
ediblər.




Müşavirədə Pentaqon nümayəndələri İranın enerji və infrastruktur
obyektlərinə hücumlar da daxil olmaqla bir neçə zərbə ssenarisi
təqdim ediblər.

Görüş Trampın Çindən qayıtmasından qısa müddət sonra baş tutub.
CNN-in məlumatına görə, ABŞ lideri Tehranla danışıqların gedişindən
narazıdır, həmçinin dünya neft qiymətlərinə təsir göstərən Hörmüz
boğazının bağlı qalmasından narahatdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir