Azərbaycan və Türkiyə energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Türkiyə energetika sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalayıblar.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.




“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyası (WUF13) çərçivəsində COP29-un Prezidenti Muxtar Babayev
ilə birlikdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim
dəyişikliyi naziri, həmçinin COP31-in Prezidenti Murat Kurum ilə
görüş keçirdik. Görüş zamanı Azərbaycan Respublikasının Energetika
Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və
İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi
sahəsində texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.
Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız enerji təhlükəsizliyi
sahəsində deyil, həm də enerji keçidi prosesinin əsas sütunlarından
biri olan enerji səmərəliliyi istiqamətində genişlənməkdə davam
edir”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir