
Bakı. Trend:
Bakı şəhər idarəçiliyi sahəsində bir çox ölkə üçün
nümunədir.
Bunu Nigeriyanın Federal Paytaxt Ərazisi Abuca şəhərinin baş
şəhərsalma mütəxəssisi Ahmadu Belo WUF13 çərçivəsində Trend-ə açıqlamasında
deyib.
O hesab edir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu
(WUF13) şəhər idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın
gücləndirilməsi baxımından mühüm platformadır.
O, bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən şəhər
idarəçilərini bir araya gətirir.
Ahmadu Belonun sözlərinə görə, Bakı özünəməxsus şəhər
idarəçiliyi modeli ilə bir çox ölkələr üçün nümunədir.
“Bakı zəngin mədəniyyəti, müasirliklə tarixi irsin harmoniyasını
qoruması ilə diqqət çəkir. Bir çox insanlar şəhər idarəçiliyi
sahəsində Bakının təcrübəsini öyrənmək istəyir”, – deyə o
vurğulayıb.
A. Belo qeyd edib ki, forum çərçivəsində müxtəlif ölkələrin və
təşkilatların nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq
imkanları müzakirə olunub.
“Xüsusilə Afrikada təbiətin qorunması, şəhərlərin inkişafı və
karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən
proqramlarla bağlı təcrübə mübadiləsi aparırıq”, – deyə Ahmadu Belo
əlavə edib.
Nigeriya rəsmisi bildirib ki, WUF13 çərçivəsində əldə olunan
təcrübələrin gələcəkdə ölkəsində tətbiqi nəzərdə tutulur.
“Burada müzakirə olunan məsələlər BMT-nin dayanıqlı inkişaf
məqsədləri ilə üst-üstə düşür. Hər bir ölkə bu hədəflərə nail olmaq
istəyir”, – deyə o qeyd edib.

