“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın istefaya göndərilib

Baş səhifə

“Beşiktaş”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, klub baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.

Buna səbəb komandanın mövsümü uğursuz başa vurması olub.

“Ağ-qaralar” Super Liqada sezonu 60 xalla 4-cü pillədə bitirib. Türkiyə Kubokunda isə “qara qartal” mübarizəni erkən dayandırıb.

Yalçının rəhbərliyi altında komanda “Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor”a qarşı keçirdiyi matçlarda qələbə qazana bilməyib.

Qeyd edək ki, mütəxəssis bu posta mövsümün əvvəlində təyin olunmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir