
Bakı.Trend:
Yeni iqlim standartları yoxsulluğun və sosial gərginliyin
artmasına səbəb olmamalıdır.
Trend xəbər verir
ki, bunu Slovakiya Respublikasının Baş nazirinin müavini, Ətraf
mühitin mühafizəsi naziri Tomaş Taraba Bakıda WUF13 çərçivəsində
keçirilən Liderlər Sammitində deyib.
“Biz iqlim dəyişiklikləri ilə yalnız yeni standartların tətbiqi
yolu ilə deyil, həm də icmaların yeni sosial gərginlik və yoxsulluq
dalğası ilə üzləşməməsini təmin edəcək şəkildə mübarizə
aparmalıyıq”, – deyə o vurğulayıb.
Taraba qeyd edib ki, yeni siyasətlərdə nəzərdə tutulan
standartların yüksəldilməsi çox vaxt qiymət artımına səbəb olur.
Buna görə də iqlim tədbirləri maksimum dərəcədə effektiv olmalı və
yeni problemlər yaratmamalıdır.

