
Bakı.Trend:
Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri
Məryəm Nəvaz Şərif göstərilən isti qəbul və Azərbaycan ilə Pakistan
arasında dostluq münasibətlərinə görə, Prezident İlham Əliyevə
dərin təşəkkürünü ifadə edib.
Trend xəbər verir
ki, o bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
çərçivəsində Liderlərin Sammitində bəyan edib.
“Bu gün burada, Bakıda olarkən özümü yad bir ölkədə deyil, sanki
öz evimdə hiss edirəm. Mən evə gəlmişəm”, – deyə Məryəm Nəvaz Şərif
vurğulayıb.
O, Bakıda həyata keçirilən müasir şəhər transformasiyası
proseslərinin onda heyranlıq doğurduğunu qeyd edib.
Məryam Nəvaz Şəirf mənzil təminatının mühüm bir dəyər olduğunu
xüsusi vurğulayıb.
“Azərbaycanda bu məsələnin əhəmiyyətini yaxşı anlayırlar”, —
deyə o bildirib.

