
Bakı.Trend:
Liviya urbanistik çağırışların həlli üçün beynəlxalq
əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Trend xəbər verir
ki, bunu Liviya Dövlətinin Prezident Şurasının sədri Məhəmməd Yunis
əl-Mənfi Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun
(WUF13) çərçivəsində liderlər sammitində çıxışı zamanı deyib.
“Şəhər çağırışlarının aradan qaldırılması beynəlxalq
tərəfdaşlıqların gücləndirilməsini, bilik və texnologiyaların
ötürülməsini, həmçinin inkişaf etməkdə olan ölkələr üçün ədalətli
və çevik maliyyələşdirmə mexanizmlərinin təmin olunmasını tələb
edir”, – deyə o vurğulayıb.
O əlavə edib ki, bu, Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni
Şəhər Gündəliyinin daha səmərəli və ədalətli şəkildə həyata
keçirilməsi üçün zəruridir.

