Slovakiya köhnə binaların modernləşdirilməsinin tərəfdarıdır – Tomaş Taraba

Baş səhifə

Bakı. Trend:

Slovakiya yaşayış xərclərini azaltmaq üçün köhnə binaların
modernləşdirilməsinin tərəfdarıdır.

Trend-in
məlumatına görə, bunu Slovakiya Respublikasının Baş nazirinin
müavini və ətraf mühit naziri Tomaş Taraba Bakıda keçirilən
WUF13-də liderlərin bəyanatı zamanı bildirib.

“Ölkəmizdə əhalinin təxminən 55 faizi fərdi evlərdə yaşayır.
Onların bir çoxu onilliklər əvvəl tikilib və hazırda
modernləşdirməyə ehtiyac duyur. Buna görə də məqsədimiz insanların
mümkün qədər aşağı yaşayış xərclərinin təmin etməkdir”, – deyə
Taraba bildirib.

O əlavə edib ki, Slovakiya bu çətinliyi bütün ölkələr üçün
aktual hesab edərək köhnə binaların modernləşdirilməsini fəal
şəkildə dəstəkləyir.




Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir