Tramp ərəb liderlərinin xahişi ilə sabah İrana planlaşdırılan hücumu təxirə salıb

Baş səhifə

Bakı. Trend:

Qətər əmiri Təmim bin Həməd Əl-Sani, Səudiyyə Ərəbistanının
vəliəhdi Məhəmməd bin Salman Əl-Səud və Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan məndən İrana
qarşı sabah planlaşdırılan hərbi hücumumuzu təxirə salmağı xahiş
etdilər.

Trend xəbər verir ki,
bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında
yazıb.




“Liderlərə hörmətimə əsaslanaraq, Müharibə katibi Pit Heqsetə,
Birləşmiş Qərargah Rəislərinin sədri general Daniel Keynə və ABŞ
Hərbi Komandanlığına sabah İrana planlaşdırılan hücumu
etməyəcəyimizi, lakin məqbul bir razılaşma əldə edilmədiyi
təqdirdə, dərhal İrana qarşı genişmiqyaslı hücuma hazır olmağı
tapşırdım”, – deyə Tramp bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir