
Bakı. Trend:
ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib.
Trend xəbər verir ki,
hadisə zamanı azı 5 nəfər həyatını itirib. San-Dieqo Polis
Departamenti vəziyyətin tam nəzarət altına alındığını
açıqlayıb.
İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisənin detalları
açıqlanmayıb. Əhaliyə ərazidən uzaq durmaq tövsiyə olunub.
Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük
məscididir.

