ABŞ Qrenlandiya ilə müzakirə aparır

Baş səhifə

ABŞ Qrenlandiya ilə təbii ehtiyatların işlənməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir.

Modern.az xəbər verir ki, bu barədə “The New York Times“ Vaşinqton, Kopenhagen və Qrenlandiyadakı mənbələrə istinadən yazıb.

Məlumata görə, Vaşinqton Qrenlandiyanın neft, uran, nadir torpaq metalları və digər strateji faydalı qazıntılarla zəngin olmasına xüsusi maraq göstərir. ABŞ həmçinin adada hərbi mövcudluğunu qeyri-məhdud müddətə saxlamaq niyyətindədir.

Qeyd olunub ki, Vaşinqton böyük investisiya layihələrinə veto hüququ əldə etməyə çalışır ki, bununla da Rusiya və Çin kimi rəqiblərin təsirini məhdudlaşdırsın.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir