Tramp ABŞ-nin potensial ümumi dəyəri barədə danışıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin ümumi dəyərinə dair
baxışlarını açıqlayıb.

Trend xəbər verir ki,
o, bu barədə “Fortune” jurnalına verdiyi müsahibədə danışıb.

Trampın sözlərinə görə, ABŞ-nin ümumi dəyəri yüzlərlə trilyon
dollar səviyyəsində qiymətləndirilə bilər.




Jurnalistlər daşınmaz əmlak sahəsində təcrübəyə malik olan
Trampdan ABŞ-ni qiymətləndirməsini və hesablamalara təbii
sərvətlərlə yanaşı, Böyük Kanyon kimi tanınmış tarixi və təbii
məkanları da daxil etməsini istəyiblər.

“Bütün bunları birlikdə nəzərə alsaq, söhbət yüzlərlə trilyon
dollardan gedə bilər”, — deyə Tramp qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir