
Bakı. Trend:
Türkiyənin İstanbul şəhər Baş Prokourorluğunun koordinasiyası
ilə İstanbul Baş Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə
Şöbəsi Beşiktaş rayonunun bələdiyyəsində əməliyyat keçirib.
Trend xəbər verir
ki, bu barədə İstanbul baş prokurorluğunun mətbuat xidməti məlumat
yayıb.
“Rüşvət alma”, “cinayət yolu ilə əldə olunan əmlakın
qanuniləşdirilməsi” ittihamları üzrə aparılan istintaq çərçivəsində
Beşiktaş bələdiyyə sədrinin keçmiş müavini və Beşiktaş
bələdiyyəsinin Məclis üzvü də daxil olmaqla 5 şübhəli
saxlanılıb.
Şübhəlilərin yaşayış ünvanlarında və xidməti otaqlarında
aparılan axtarışlar zamanı istifadələrində olan çoxsaylı rəqəmsal
materiallar, həmçinin cinayət yolu ilə əldə edildiyi ehtimal olunan
90 min ABŞ dolları və 5 min avro müsadirə olunub.

