
Bakı. Trend:
Bakıda “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin
bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması”
mövzusunda tədbir keçirilir.
Trend xəbər
verir ki, tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının
(WUF13) üçüncü günü çərçivəsində baş tutur.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda
xüsusi nümayəndəsi Aydın Kərimov və Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Elçin Yusubov çıxış edirlər.
Xəbər yenilənəcək

