AZAL Naxçıvana reysləri bərpa edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti
səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı–Naxçıvan–Bakı
marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Hazırda qeyd
olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə
yetirilir.

Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.




Bildirilib ki, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava
şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını
təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir