İndiyədək Şuşada 27 abidə bərpa edilib – Xüsusi nümayəndə

Baş səhifə

Bakı. Trend:

İndiyədək Şuşada 27 abidə bərpa edilib.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda
xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində
“Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və
inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda
keçirilən tədbirdə deyib.

“Şuşada 200-ə yaxın tarixi və mədəni abidə mövcuddur. Onların
böyük əksəriyyəti işğal dövründə zərər görüb. 7 məscid, 6 bulaq, 7
mədəniyyət obyekti, Şuşa qalası və Xan qızı Natəvanın bağında
yerləşən Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə
kompleksi, eləcə də Xanlıq Muxtar karvansarası bərpa olunub.
Ümumilikdə indoyədək 27 abidə bərpa edilib”, – o bildirib.

A. Kərimov qeyd edib ki, 2024-cü il may ayının 10-dan etibarən
Şuşaya 1 411 nəfər (377 ailə) köçürülüb.

“1-ci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli
bina istifadəyə verilib.
Hazırda Şuşada tikintisi davam edən 3 yaşayış kompleksləri
mövcuddur. Bunlara D3: 17 bina, D4: 12 bina, D5: 14 bina yaşayış
komplekləridir”, – o əlavə edib.




A. Kərimov vurğulayıb ki, 2026-cı ildə Şuşada 15 tarixi abidənin
konservasiya işləri aparılacaq.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir