Turşsu qələbəsinə köç olacaq – Rəsmi

Baş səhifə

“Şuşa şəhərinə növbəti köçün 2027-ci ildə olması planlaşdırılır”.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Şuşada 1 411 nəfər keçmiş məcburi köçkün məskunlaşıb:

“Cari ildə şəhərə köç olmayacaq. Çünki binalarda tikinti işləri davam edir. Növbəti köç gələn ilə planlaşdırılır.

Bu il Şuşanın iki kəndinə – Böyük və Kiçik Qaladərəsinə xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur. Bu yaxınlarda hazırlıq işlərinə başlayacağıq”.

Həmçinin 2027-ci ildə Şuşa şəhərinin Turşsu qəsəbəsinə köç planlaşdırılır.

Aydın Kərimov bildirib ki, bu qəsəbə sıfırdan tikiləcək:

“Tikinti işləri yekunlaşdıqdan sonra gələn il bu qəsəbəyə köç təşkil etməyi planlaşdırırıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir