22 ölkənin gəncləri Bakıda toplantı keçirir

Baş səhifə

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.

Modern.az xəbər verir ki, tədbir BTQ-nin təşəbbüsü ilə müxtəlif ölkələri təmsil edən gənclər tərəfindən yaradılmış Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq konfransıdır.

Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndə heyəti ilə təmsil edilir.

Tədbirdə Qlobal Cənub Gənclər Platformasının üzvləri, o cümlədən indiki və keçmiş müstəmləkə ölkələrini təmsil edən gənc tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, səhiyyə sahəsinin nümayəndələri, müstəqillik tərəfdarı olan siyasi partiya və təşkilatların təmsilçiləri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edirlər.

Ümumilikdə konfransa 22 ölkədən nümayəndələr qatılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir