Şuşa Trabzonun qardaşı oldu – FOTO

Baş səhifə

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Modern.az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıb.

Məlumat üçün qeyd edək ki, Şuşa şəhəri indiyədək 9 şəhərlə qardaşlıq və əməkdaşlıq münasibətləri qurub. Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir