Azərbaycan keçmiş münaqişə zonasına yatırdığı investisiya ilə qarşıdurma səhifəsini bağlamaqda maraqlı olduğunu göstərib – Nazir

Baş səhifə

Bakı. Trend:

Dayanıqlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli
iqtisadi və sosial faydaların təmin edilməsi üçün vacibdir.

Trend xəbər
verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13
çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər
yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə
deyib.

Nazir bildirib ki, məhz bu yanaşma əsasında Azərbaycan işğaldan
azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa
prosesinə başlayıb:

“Bütün şəhərlər, qəsəbələr və kəndlər sıfırdan dayanıqlılıq,
ağıllı idarəetmə, yaşıl enerji, iqlim dayanıqlılığı və insan
mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur.

Bu proses yalnız evlərin və yolların tikintisi deyil. Söhbət
iqtisadi artım, bağlantı və insan inkişafı mərkəzlərinin
formalaşdırılmasından gedir.

Eyni zamanda, münaqişədən dərhal sonra işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və
məskunlaşma layihələri Azərbaycanın sülh gündəliyinə sadiqliyinin
açıq göstəricisidir”.

C.Bayramov xüsusilə vurğulayıb ki, Azərbaycan keçmiş münaqişə
zonasına 15 milyard dollara yaxın investisiya yatırmaqla regionda
qarşıdurma səhifəsini bağlamaqda səmimi maraqlı olduğunu nümayiş
etdirib:

“Başqa sözlə, Azərbaycanın post-münaqişə dövründə həyata
keçirdiyi genişmiqyaslı bərpa işləri həm də sülh quruculuğu
strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

Bu, zorakılıq dövrünü geridə qoyaraq daha firavan və dayanıqlı
gələcək qurmaq strategiyasıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir