İndoneziya səfiri: Qarabağda aparılan bərpa işləri dayanıqlı inkişafın nümunəsidir

Baş səhifə

Qarabağda həyata keçirilən sürətli yenidənqurma və şəhərsalma işləri innovativ, inklüziv və dayanıqlı inkişafın uğurlu nümunəsidir.

APA-Economics”in Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmy bildirib.

Onun sözlərinə görə, Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işləri BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) bütün dünyada təşviq etdiyi innovativ, inklüziv və dayanıqlı bərpa modelinə tam uyğun gəlir.

“Qarabağa səfər etmişəm və orada görülən işlər məni çox təsirləndirib. Regionda həyata keçirilən sürətli transformasiya yüksək qiymətləndirilməlidir”, – deyə səfir qeyd edib.

B. Helmy bildirib ki, yenidənqurma prosesi gələcək riskləri azaltmalı, sosial həmrəyliyi gücləndirməli və yeni iqtisadi imkanlar yaratmalıdır.

Onun sözlərinə görə, İndoneziya iqlim dayanıqlığı, sülh quruculuğu və dayanıqlı şəhər inkişafını birləşdirən təşəbbüsləri dəstəkləyir.

Səfir əlavə edib ki, Azərbaycan hökumətinin Qarabağda həyata keçirdiyi layihələr post-münaqişə dövründə “daha yaxşı yenidən qur” (Build Back Better) prinsipinin uğurlu tətbiqinə nümunədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir