Azərbaycan fiber-optik bağlantı layihələri üzərində işləyir – Ceyhun Bayramov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın baxışı yalnız ənənəvi nəqliyyat infrastrukturu ilə
məhdudlaşmır. Biz yaşıl enerji dəhlizləri, bərpa olunan enerji
ötürmə sistemləri, enerji saxlama infrastrukturu və “Digital Silk
Way” təşəbbüsü daxil olmaqla qabaqcıl fiber-optik bağlantı
layihələri üzərində də işləyirik.

Trend xəbər
verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13
çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər
yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə
deyib.

Nazirin sözlərinə görə, məqsəd Avropa ilə Asiya arasında yeni
telekommunikasiya dəhlizi yaratmaqdır:

“İnanıram ki, aidiyyəti nazirlər və digər həmkarlarım
çıxışlarında bu layihələr barədə daha ətraflı məlumat
verəcəklər”.

Ceyhun Bayramov çıxışının sonunda qeyd edib ki, Azərbaycan
şəhərləri dayanıqlı bağlantı, iqtisadi inkişaf, dayanıqlılıq və
regional əməkdaşlığın mərkəzinə çevirən dialoq, tərəfdaşlıq və
praktiki əməkdaşlığı təşviq etməyə davam edəcək.




“Biz inanırıq ki, güclü sərhədlərarası əməkdaşlıq, uyğun siyasət
çərçivələri və inteqrasiya olunmuş şəhərsalma vasitəsilə şəhərlər
yalnız ticarət və inkişaf mərkəzi deyil, həm də sülh, dayanıqlılıq
və ortaq rifahın əsas platformasına çevrilə bilər”, – deyə o xüsusi
sessiyadakı çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir