
Bakı.Trend:
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland
Praysnın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Trend xəbər
verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım
edib.
Görüş zamanı LRT (yüngül relsli nəqliyyat) layihəsi, Orta
Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində
əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər həmçinin telekommunikasiya, rəqəmsallaşma,
kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən yol
xəritəsinin hazırlanması istiqamətində razılıq əldə ediblər.

