Mənzil imtiyaz deyil, fundamental insan hüququdur – türkiyəli ekspert

Baş səhifə

Bakı.Trend:

Mənzil siyasətinə yalnız binaların tikintisi kimi deyil, həm də
rifahı və sosial dayanıqlılığı təmin edən tamhüquqlu şəhər
mühitinin formalaşdırılması kimi yanaşılmalıdır.

Trend xəbər verir
ki, bunu Mərmərə Bələdiyyələr Birliyinin baş katibi Cemil Arslan
WUF13 Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində
keçirilən “Barselona Metropoliten Bəyannaməsinin təqdimatı:
meqapolis miqyasında mənzil böhranının həlli üzrə cəsarətli
öhdəliklər” adlı panel müzakirəsində deyib.

“Mənzil imtiyaz kimi qiymətləndirilməməlidir. Bu, hər bir
insanın fundamental hüququdur”, — deyə o bildirib.

Arslanın sözlərinə görə, Mərmərə dənizi regionu Türkiyə
ərazisinin cəmi 9 faizini əhatə etsə də, ölkə əhalisinin təxminən
30 faizi burada yaşayır.

“Təkcə İstanbulda təxminən 16 milyon insan yaşayır. Bununla
yanaşı, regionun meqapolisləri bir-biri ilə sıx əlaqəlidir”, — deyə
o qeyd edib.




O, buna misal olaraq İstanbulun qonşu meqapolislərdən asılı olan
su təchizatı sistemini göstərib.

“İstanbul suyu Sakarya və Tekirdağdan alır. Bu iki meqapolis
olmadan şəhər sakinlərinin su təchizatını təmin etmək mümkün
deyil”, — deyə Arslan vurğulayıb.

Onun sözlərinə görə, nəqliyyat və sənaye sahələrində də analoji
qarşılıqlı asılılıq mövcuddur.

“İstanbul, Kocaeli, Tekirdağ və Sakarya arasında hər gün
təxminən 200 min yük maşını hərəkət edir. Bu ərazilər arasındakı
əlaqələr nəzərə alınmadan nəqliyyat, mənzil və sosial məsələləri
effektiv həll etmək mümkün deyil”, — deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir