ABŞ 12 min km-ə qədər uça bilən ballistik raketin sınağını keçirəcək (FOTO)

Baş səhifə

Bakı.Trend:

ABŞ mayın 20-də Sakit okean bölgəsində döyüş başlıqsız “LGM-30
Minuteman III” qitələrarası ballistik raketinin (QBR) növbəti sınaq
buraxılışını həyata keçirəcək.

Trend xəbər verir
ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı
məlumat yayıb.

Məlumatda qeyd olunub ki, QBR-lərin sınaq buraxılışı proqramının
məqsədi silah sisteminin effektivliyini, hazırlıq səviyyəsini və
dəqiqliyini təsdiqləmək və yoxlamaqdır.

Eyni zamanda bildirilib ki, sınaq əvvəlcədən planlaşdırılıb və
dünyada baş verən hər hansı hadisə ilə əlaqəli deyil.




Buraxılış ABŞ Kosmik Qüvvələrinin Kaliforniyada yerləşən
Vandenberq Hərbi-Kosmik Bazası bazasından həyata keçiriləcək. Raket
Kvacaleyn Atollu yaxınlığında yerləşən ABŞ-ın Sakit okean raket
poliqonu istiqamətində buraxılacaq. Uçuş məsafəsinin təxminən 6,8
min kilometr olacağı bildirilir.

Bənzər son sınaq buraxılışı martın 4-də həyata keçirilmişdi.

Qeyd edək ki, “LGM-30 Minuteman III” QBR-in fəaliyyət radiusu 12
min kilometr təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir