NATO Qara dənizdə “müharibə oyunları” keçirir

Baş səhifə

Bakı.Trend:

Qara dənizdə NATO-nun altı üzv-dövlətinin hərbi dənizçilərinin
iştirakı ilə “Opex-26” (Operational Experimentation – operativ
sınaq) adlı beynəlxalq hərbi təlimlər keçirilir. Təlimlərdə avtonom
pilotsuz dəniz aparatlarından istifadə olunur.

Trend xəbər verir
ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahı məlumat
yayıb.




Bildirilir ki, məqsədi dəniz pilotsuz aparatlarının sınaqdan
keçirilməsi olan beynəlxalq manevrlər mayın 18-dən 29-dək Manqaliya
hərbi limanında və Qara dənizin bir sıra bölgələrində
keçirilir.

Təlimlərdə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və
Türkiyə, həmçinin dəniz pilotsuz aparatları istehsal edən mülki
şirkətlərin nümayəndələri iştirak edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir