
Bakı. Trend:
2026-cı ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar
Respublikasında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 514,2 milyon
manat təşkil edib.
Trend-in
məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real
ifadədə 3,7 % artıb.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş
investisiyaların həcmi 60,9 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 % artım qeydə
alınıb.

