Vens: ABŞ dünyanın jandarmeriyası olmaq istəmir

Baş səhifə

“ABŞ dünyanın jandarmeriyası kimi çıxış edə bilməz və Avropa müttəfiqlərinin öz təhlükəsizliklərini təmin edə bilməli olduğuna inanır.”

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ qoşunlarının Polşadan çıxarılması ilə bağlı məsələni şərh edərkən deyib.

“ABŞ dünyanın jandarmeriyası ola bilməz. Biz yaxşı müttəfiq olmaq istəyirik və qoşunlarımızın Avropada regional sabitliyə töhfə verməsini istəyirik. Prezident Donald Tramp Avropadan bütün qoşunları çıxardığımızı deməyib. Lakin Avropa öz ayaqları üzərində dayanmalıdır və biz bu mövqedə ardıcıllıq nümayiş etdiririk”, – Vend əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir