ABŞ-ın İranla münaqişəyə qayıtması “bir çox sürprizlər” gətirəcək – Əraqçi

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın İrana qarşı yenidən hücumları bir çox “sürprizlərlə”
nəticələnəcək.

Trend-in
məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.

“Çıxarılan dərslər və qazanılan biliklər nəzərə alınmaqla,
müharibəyə qayıtmaq daha çox sürprizlər gətirəcək”, – deyə o
bildirib.




O qeyd edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının
başlamasından aylar sonra ABŞ Konqresi “milyardlarla dollar
dəyərində onlarla təyyarənin itirilməsini” etiraf edib.

“Güclü silahlı qüvvələrimizin ilk olaraq reklam edilən F-35-i
vurduğu təsdiqlənib”, – deyə Əraqçi bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir