Araqçı ABŞ-a meydan oxudu: müharibə başlasa…

Baş səhifə

İranın xarici işlər naziri Abbas Araqçı  xəbərdarlıq edib ki, döyüş meydanına hər hansı qayıdış ABŞ üçün daha böyük sürprizlərlə nəticələnəcək.

Modern.az-ın məlumatına görə, Araqçı “X” sosial şəbəkəsində paylaşdığı mesajda bildirib ki, Vaşinqtonun döyüşə yenidən qayıtması halında daha ciddi nəticələrlə üzləşəcəyi qaçılmazdır.

O, ABŞ Konqresinin İranla müharibə zamanı milyardlarla dollar dəyərində onlarla təyyarənin, itirildiyini etiraf etdiyini vurğulayıb.

“İrana qarşı müharibənin başlanmasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini etiraf edir. Güclü silahlı qüvvələrimizin məşhur F-35 qırıcısını vuran ilk qüvvə olduğu təsdiqlənib”, – deyə nazir yazıb.

O əlavə edib: “Öyrəndiyimiz dərslər və qazandığımız biliklərlə müharibəyə qayıdış daha çox sürprizlərlə müşayiət olunacaq”.

Qeyd edək ki, ABŞ rəsmiləri son günlər yenidən müharibə ritorikasından istifadə edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir