Atalıq məzuniyyəti ilə bağlı maraqlı statistika açıqlandı

Baş səhifə

Azərbaycanda uşağın doğulması ilə əlaqədar kişilərə verilən ödənişli atalıq məzuniyyəti hüququndan istifadə edənlərin sayı açıqlanıb. Son dəyişikliklərdən sonra tətbiq olunan yeni qayda çərçivəsində yüzlərlə işçiyə artıq 14 günlük ödənişli məzuniyyət verilib.

Modern.az-n sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, artıq 164 işəgötürən tərəfindən ümumilikdə 346 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Qeyd edilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada rəsmiləşdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir