VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı

Baş səhifə

Bakı. Trend:

VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin
faizlərini artırıb. Maksimal gəlirlik “Sərfəli” depoziti üzrə
11,75% müəyyən edilib.

Bundan əlavə, bank “Avans” əmanət üzrə gəlirliliyi illik
9,75%-dək qaldırıb. Bu məhsul üzrə müştərilər faizlərini əmanəti
rəsmiləşdirdikdən dərhal sonra əldə edə bilirlər.

VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin
rəhbəri Yaşar Kərimovun sözlərinə görə, müştərilər getdikcə daha
fəal şəkildə vəsaitlərini VTB-də yerləşdirirlər.




“Xüsusilə “Sərfəli” depozitinə tələbat yüksəkdir – əmanəti 18 ay
və daha uzun müddətə yerləşdirən müştərilər 11,75% illik gəlir
qazana, həmçinin vergi ödəməkdən də azad olurlar”, – deyə Kərimov
şərh edib.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları
filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat
mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə
etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir