Uşakov: Təkbətək görüşdə Putinlə Si Cinpin Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçiriləcək təkbətək görüşün əsas mövzuları Ukrayna, İran və ABŞ ilə münasibətlər olacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinlə Si Cinpin arasında çay süfrəsində beynəlxalq mövzular – Ukrayna, İran, ABŞ ilə münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Kremlin rəsmisi Çin tərəfinin bütün beynəlxalq problemlərlə maraqlandığını, çünki Pekinin beynəlxalq məsələlərdə çox böyük rol oynadığını vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir