Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasında (WUF13) iştirak edən Mavriki Respublikasının
Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib.

Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsindən məlumat verilib.




Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət
Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız
Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər
tarixi-memarlıq abidələri ilə yaxından tanış olub.

Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni
irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan
addımlar, eləcə də yerli icmanın və sənət adamlarının bu prosesə
cəlb olunması barədə geniş məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir